Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə həzrət Ayətullah Cavadi Amuli Ərbəin mərasimində zəvvarların misilsiz izdihamını ilahi iradə və ilahi hifzin aydın təzahürü kimi dəyərləndirərək vurğulayıb ki, bu yürüşdə Qurani-Kərimlə Əhli-beytin (ə) vəhdəti açıq şəkildə görünür.

Görürsünüz ki, Ərbəin vaxtı gələndə müqəddəs Nəcəf və Kərbəla şəhərlərində iyirmi milyon insan toplaşır. Bu, Allahın işidir!
Bunu heç bir insan təşkil etməyib. Allah-taala buyurur:
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
«Həqiqətən, Zikri (Quranı) Biz nazil etdik və onu qoruyan da Bizik.» (Hicr, 9)
Qurani-Kərim və Əhli-beyt (ə) bir-birindən ayrılmazdır.
Siz dünyanın harasında görmüsünüz ki, bir qrup insan belə eşqlə yola çıxsın, digər bir qrup isə eyni eşqlə onlara xidmət göstərsin?”
Səs faylını yükləmək üçün buraya klikləyin.
Rəyiniz